Çimərliklərdə siqaret çəkmək qadağan edilir - FOTOLAR

Fransa xalqın sağlamlığını qorumaq üçün ölkə daxilindəki bütün çimərliklərdə siqaret çəkməyi qadağan etməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, siqaret çəkmə qadağasında qabaqcıl addımlar atan şəhərlərdən biri olan Cagnes-sur-Mer, 2018-ci ildən bəzi sahil ərazilərində siqaretsiz çimərliklər layihəsini tətbiq edir.
2023-cü ildən etibarən isə şəhərdəki bütün çimərliklər tüstüdən təmizlənmiş ərazilər elan edilib. Yeni qanun isə bütün Fransaya şamil ediləcək.
Nigar Hacılı
"Cebheinfo.az"