Nüvə silahı Rusiyanın qonşuluğuna YERLƏŞDİRİLİR
Finlandiya hakimiyyəti nüvə silahlarının ölkə ərazisində idxalına və saxlanmasına icazə verməyi nəzərdən keçirir.
"Cebheinfo.az" xəbər verir ki, müvafiq qanun layihəsi 17 iyun çərşənbə günü parlament səsverməsinə təqdim ediləcək. Düzəlişləri Finlandiya hökuməti irəli sürüb. Təklif olunan qanunvericilik dəyişiklikləri nüvə silahlarının Finlandiya ərazisində yerləşdirilməsinə və saxlanmasına imkan verir.
23 apreldə Finlandiya Müdafiə Nazirliyi hökumətin NATO ilə əməkdaşlığın bir hissəsi olaraq milli müdafiə məqsədləri üçün nüvə silahlarının idxalına və saxlanmasına icazə vermək üçün parlamentə təklif təqdim etdiyini açıqlayıb. Eyni zamanda, ölkədə nüvə silahlarının əldə edilməsi, istehsalı, inkişafı və tədqiqi qadağan ediləcək.
Xəzər
"Cebheinfo.az"


