Putindən Paşinyana 50 illik TƏBRİK

Putindən Paşinyana 50 illik TƏBRİK

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana 50 illik yubileyi münasibətilə təbrik ünvanlayıb.

“Cebheinfo.az” xəbər verir ki, məktubda deyilir:

Hörmətli Nikol Vovayeviç,
50 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya ilə Ermənistan arasında tarixən dostluq münasibətləri olub. Əminəm ki, biz birgə səylərlə bu əlaqələrin bütün sahələrdə daha da inkişafını təmin edə bilərik. Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə uyğundur.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ictimai fəaliyyətinizdəu ğurlar arzulayıram”.

Məlumat üçün bildirək ki, Paşinyan 50 yaşını qeyd edir.

Xəzər
“Cebheinfo.az”