Qəzzada humanitar böhran dərinləşir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində (ACANU) Akkreditə olunmuş Mətbuat Üzvləri Assosiasiyasının jurnalistləri ilə görüşüb və qlobal sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr aparıb.
"Cebheinfo.az" xəbər verir ki, Qebreyesusun gündəmində Qəzza da vardı. İsrailin iki aydır yardımı əngəllədiyi Qəzzada vəziyyətin fəlakətli dərəcədə pis olduğunu deyən Qebreyesus, əlavə edib ki, Qəzzada 2 milyon insan aclıqdan ölürkən, 116 min ton ərzaq bir neçə dəqiqəlik məsafədə sərhəddə bloklanıb:
“Artan hücumlar, evakuasiya əmrləri, azalan humanitar məkan və yardım blokadaları onsuz da çökmüş səhiyyə sistemində böyük itkilərə səbəb olur". Qebreyesus, əsas dərmanların və tibbi ləvazimatların tükəndiyini, çətin qazanılan bərpa və reabilitasiya prosesini geri qaytarmaqla hədələdiyini söyləyib.
"Xəstəxanalara edilən hücumlar xəstələrin öz təhlükəsizlikləri üçün qorxusundan onlara qayğı göstərmələrinə mane olur. Hücumlar obyektləri sıradan çıxarmaqla əhali üçün kritik həyat xəttini kəsir. Dərmanlar sərhəddə gözləyərkən insanlar qarşısı alına bilən xəstəliklərdən ölür.
Sərhəddə yük maşınlarında dezinfeksiyaedici vasitələr gözləyərkən yaralar infeksiya qapır. İnsanların ac olduğunu, uşaqların zəif və pis qidalandığını və bunun ömürlük fəsadları olduğunu bilmək üçün arıq uşaqların fotolarına baxmağa ehtiyac yoxdur”, - Qebreyesus bildirib.
Qəzza zolağında girovların azad edilməli olduğunu bildirən Qebreyesus, humanitar yardıma çatmaq üçün təcili atəşkəsə ehtiyac olduğunu vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"