Rusiyada partlayışda ölənlərin sayı 118-ə çatdı

Rusiyanın Bryansk vilayətində dəmir yolunun partladılması nəticəsində ölənlərin sayı artaraq 118 nəfərə çatıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti açıqlama yayıb.Zərərçəkənlər arasında beş uşağın olduğu bildirilir.
Qeyd edək ki, mayın 31-də axşam saatlarında Bryansk vilayətində sərnişin qatarının hərəkət etdiyi körpü alt qatda yerləşən dəmir yolu relslərinin üzərinə uçub. Nəticədə, 7 nəfər ölüb. Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışı terror aktı kimi qiymətləndirib. Partlayıcı maddələrin qanunsuz dövriyyəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi) ilə bağlı cinayət işi açılıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”