40 yaşlı braziliyalı futbolçunun yeni klubu müəyyənləşib

40 yaşlı braziliyalı futbolçunun yeni klubu müəyyənləşib

Braziliya millisinin sabiq futbolçusu, 40 yaşlı Vaqner Lav ölkəsinin C Seriyasında çıxış edən “Retro” ilə anlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə bir illik müqavilə imzalanıb. Hazırda Braziliyanın üçüncü divizionu sayılan C Seriyasında çıxış edən “Retro” ötən il D Seriyasının qalibi olub.

Qeyd edək ki, futbolçu karyerası ərzində Braziliyada “Palmeyras”, “Flamenqo”, “Korintians”, Türkiyədə “Beşiktaş”, “Alanyaspor”, Fransada “Monako”, Rusiyada ÇSKA kimi klubların da formasını geyinib.

"Cebheinfo.az"