“Saat qurmuram, özüm oyanıram” - Putin

Rusiya Prezidenti Vladimir Putin zəngli saat qurmadığını və özbaşına oyandığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya lideri bu haqda jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Bəzən uşaqlar həqiqətən təcili bir şey olduqda zəng edirlər - adyutantlardan zəng etmələrini xahiş edirəm. Amma bir qayda olaraq özüm oyanıram”, - Putin vurğulayıb.
Qeyd edək ki, keçən il Putin məktəblilərlə görüşü zamanı cəmi dörd saat yatdığını etiraf edib. O, qısa yuxunun təhlükələrindən danışaraq, onları onun “pis nümunəsinə” uymamağa və gündə 8 saat istirahət etməyə çağırıb.
"Cebheinfo.az"