Ukrayna üçün 1 milyard vəsait ayrılacaq

Ukrayna üçün 1 milyard vəsait ayrılacaq

Ukraynanı dəstəkləyən ölkələr NATO-ABŞ PURL təşəbbüsü çərçivəsində silah təchizatı üçün 1 milyard dollar ayıracaqlar.

"Yeni Sabah" xəbər verir ki, PURL təşəbbüsünü ötən il iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte elan ediblər. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri, sursat və ehtiyat hissələri də daxil olmaqla, ABŞ istehsalı olan silahların alınması üçün nəzərdə tutulub.

Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirmək təşəbbüsü ABŞ administrasiyasının Kiyevə pulsuz silah tədarükünü davam etdirməkdən imtina etməsindən sonra ortaya çıxıb. 

"Cebheinfo.az"