Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim ilə görüşündə aparılıb.

Tərəflər dost və qardaş ölkələr arasında mövcud tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

"Cebheinfo.az"