Ağdamda avtomobil 4 piyadanı vurub - YENİLƏNİB

Ağdamda avtomobil 4 piyadanı vurub - YENİLƏNİB

Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iyunun 18-də saat 23:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", məlumatda deyilir.

***

00.09

Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub.

Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür (bacıdır).

Xəsarət alanlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"