Yanğında körpəsini itirən ana da vəfat etdi
Culfada 8 gün əvvəl baş verən yanğında xəsarət alan gənc qadın xəstəxanada həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova iyunun 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verən yanğın zamanı qeydə alınıb. Yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov da həyatını itirib.
"Cebheinfo.az"

