Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38 % azalıb

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38 % azalıb

Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalında dəyər baxımından 38,3 %, miqdar baxımından isə 2 dəfəyə yaxın azalma qeydə alınıb.

Yanvar-mayda Gürcüstandan ümumilikdə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,57 %-i Azərbaycana istiqamətlənib.

"Cebheinfo.az"