Zabaykalyedə düşərgədə yanğına görə 70-dən çox insan təxliyə edilib

Zabaykalyedə düşərgədə yanğına görə 70-dən çox insan təxliyə edilib

Zabaykalyedə Araxley gölündəki "Çempion" uşaq sağlamlıq düşərgəsinin ərazisində baş verən yanğınla əlaqədar insanlar təxliyə olunub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) diyar üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Yanğınsöndürmə bölmələri hadisə yerinə gələnə qədər binadan 71 nəfər, o cümlədən 63 uşaq və 8 böyük təxliyə edilib. Yanğın nəticəsində ölən və xəsarət alan yoxdur", - məlumatda deyilir.

200 kv. m sahədə yanğın operativ şəkildə lokallaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb. Yanğının söndürülməsinə 11 vahid texnika və 34 nəfər, o cümlədən Rusiya FHN-in 4 vahid texnikası və 14 əməkdaşı cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

"Cebheinfo.az"