İsrail ilə Avropa İttifaqı arasında gərginlik artır
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, o, Kaya Kallas ilə bütün əlaqələri dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, Gideon Saar, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın İsraillə bağlı səsləndirdiyi iddia olunan “apartheid” (afrikaans dilində ayrı yaşamaq mənasındadır) bənzətməsindən sonra diqqətçəkən qərar qəbul etdiyini açıqlayıb.
Saar bildirib ki, Kallas dediyi sözlərdən geri çəkilmədiyi üçün onunla bütün əlaqələri kəsib.Gideon Saar “X” platformasındakı hesabında paylaşdığı açıqlamada Kaya Kallasın uzun müddətdir İsrailə qarşı “qərəzli və obsesiv” münasibət sərgilədiyini iddia edib.
Bu bənzətməyə etiraz edən avropalı rəsmilərə təşəkkür edən Saar, Kallasın yayılan xəbərlərlə bağlı hər hansı təkzib və ya izahat vermədiyini iddia edib.
Nigar Hacılı
"Cebheinfo.az"

