Mikayıl Cabbarov Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev və Fondun baş direktoru Ramil Babayevlə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, görüşdə türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlığın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr müzakirə edilib.
Tərəflər institusional əməkdaşlığın gücləndirilməsi, regional enerji bağlantılarının inkişafı, özəl sektorun təşviqi, dayanıqlı inkişafa xidmət edən layihələrin dəstəklənməsi və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə İİB Qrupunun İllik Toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Türk İnvestisiya Fondu arasında imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, sənəd tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının stimullaşdırılmasına və birgə maliyyələşdirmə imkanlarının artırılmasına töhfə verəcək.
Nigar
“Cebheinfo.az”

