Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.
Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"