Güclü zəlzələ baş verdi
İndoneziyada 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Tədqiqatı Mərkəzini (USGS) tərəfindən verilən məlumata görə, zəlzələnin episentri İndoneziyanın Palu şəhərindən 43 kilometr cənub-şərqdə yerləşib. Açıqlamada bildirilib ki, 6,7 bal gücündə olan zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.
Zəlzələ ilə bağlı hələlik hər hansı insan itkisi və ya maddi ziyan barədə məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"

