DÇ-2026: İspaniya - Belçika oyununda ilk hissə başa çatıb - YENİLƏNİR-3
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında hesab bərabərdir - 1:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
***
23:43
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında belçikalılar hesabı bərabərləşdiriblər - 1:1.
41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayıb.
23:33
***
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabı açıblar - 1:0.
30-cu dəqiqədə Fabian Ruiz fərqlənib.
23:00
***
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyunu başlayıb.
"Cebheinfo.az"ın məlumatına görə, 1/4 final mərhələsinin matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
"Cebheinfo.az"

