Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO
Paytaxtın Xətai rayonunda yerləşən elektrik yarımstansiyalarından birində oğurluq hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.
Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

