Xameneyinin oğulları ilk dəfə ortaya çıxdı

Xameneyinin oğulları ilk dəfə ortaya çıxdı

 

İranın mərhum lideri Seyid Əli Xameneyinin oğulları - Ayətullah Mustafa, Məsud və Meysəm Xameneyi  40 günlük müharibənin başlanğıcından bəri ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıblar.

Onlar dəfn mərasimində ön sıralarda yer alıblar.

“Cebheinfo.az” xəbər verir ki, bazar günü yerli vaxtla səhər saat 8:00-da Tehranda İmam Xomeyni Müsəllahında Ayətullah Xameneyi və ailə üzvləri üçün cənazə namazı qılınıb. Namaza Ayətullah Sübhani rəhbərlik edib. Mərasimdə yüksək vəzifəli dövlət məmurları və çox sayda vətəndaş iştirak edib.

Tədbirdə İran Prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsün-Ejei və Parlamentin sədri Məhəmməd Bağır Qalibaf da iştirak ediblər.

Xəzər
“Cebheinfo.az”