Nazir: "Gürcüstan Orta Dəhliz üzrə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək"
"Gürcüstan Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan, Qazaxıstan və Çin ilə əməkdaşlıq xüsusilə vurğulanmalıdır.
"Tərəfdaş ölkələrimiz artıq çox nəzərəçarpacaq nəticələr əldə ediblər. Ötən il yük dövriyyəsi 33% artıb və biz əminik ki, bu il daha bir uğurlu il olacaq. Çünki biz Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə çox sıx əməkdaşlığı davam etdirəcəyik. Məqsədimiz dəhlizi daha rəqabətli, alternativ deyil, ortaq səylər, ortaq layihələr və ortaq təşəbbüslərlə əsas nəqliyyat bağlantısına çevirməkdir", - Kvrivişvili əlavə edib.
"Cebheinfo.az"

