Ledi Qaqanın konsertində terror cəhdi: Saxlanılanlar var

Ledi Qaqanın konsertində terror cəhdi: Saxlanılanlar var

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində Ledi Qaqanın konserti zamanı bombalı hücumun qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Braziliya polisi hadisədə iki nəfərin saxlanıldığını və şübhəlilərin konsert zamanı əldəqayırma partlayıcılardan istifadə edərək insanları hücumlar təşkil etdiyini bildirib.

Polis şübhəlilərin hücumu sosial mediada şöhrət qazanmaq üçün planlaşdırdıqlarını bildirib.

Ledi Qaqanın pulsuz konsertinə 2 milyondan çox insanın qatıldığı təxmin edilir.

Nigar Hacılı 
"Cebheinfo.az"