“Demokratiyanı Öyrənmə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” adlı layihənin icrasına başlayıb.

"Cebheinfo.az" QHT.az-a istinadla xəbər verir ki, cari ilin 01 may – 31 avqust müddətində Şirvan, İmişli, Saatlı, Ağdaş və Cəlilabad rayonlarını əhatə edən bu layihənin məqsədi Qarabağ müharibəsində iştirak etmiş, lakin müvafiq status əldə edə bilməyən döyüşçülərin, müharibə veteranlarının və müharibə ilə əlaqədar əilliyi olan şəxslərin hüquqi məlumatlılığının artırılması və hüquqi müdafiəsinin gücləndirilməsinə nail olmaqdır.

Layihə məqsədlərinə əsasən iki komponent fəaliyyətlərlə çatılması nəzərəd tutulur. Birinci komponent çərçivəsində hədəf qrupların hüquqi məlumatlılığın artırılmasını nəzərdə tutan fəaliyyətlər həyata keçiriləcək. Bu fəaliyyətlər hədəf qrupların hüquqları və imtiyazları, həmçinin onların həyata keçirilməsi prosedurları haqqında qanunvericilik aktlarından çıxarışlar edilərək hədəf qruplar arasında yayılması, o cümlədən onlarla məlumatlandırma sessiyalatının təşkil edilməsində ibarətdir. Təxminən 3 saat davam edəcək sessiyalarda əsasən aidiyyatı məsələlərlə bağlı təqdimatlar ediləcək, təklif ediləcək xidmətlər haqqında məlumatlar veriləcək, suallar cavablandırılacaq və müzakirələr aparılacaqdır. İkinci komponent çərçivəsində qəbul günləri və onlayn qaydada olmaqla hədəf qruplara pulsuz hüquqi yardım xidmətinin göstərilməsi nəzərdə tutulub.

Hüquqi məlumatlılığın artırılması komponentindən bilavasitə 100, hüquqi yardım komponentindən isə 125 müharibə iştirakçısı faydalanacaq. Layihənin həyata keçirilməsi nəticəsində hədəf qruplar hüquqları haqqında məlumatlarla daha yaxından tanış olacaq, bu hüquqlara çatımlıq üçün müvafiq hüquqi prosedurlara bələd olacaq və beləliklə də həyatlarını müəyyən qədər yaxşılaşdırmağa müvəffəq ola biləcəklər.

"Cebheinfo.az"