Tramp "TikTok"la bağlı qərar verdi

Tramp "TikTok"la bağlı qərar verdi

ABŞ Prezidenti Donald Tramp artıq iki dəfə təxirə saldığı “TikTok” qadağasını yenidən təxirə salmağa hazır olduğunu bildirib.

“Cebheinfo.az” xəbər verir ki, Tramp “TikTok”un 19 iyun tarixindən əvvəl satılması üçün bir anlaşma olmasa şirkətə vaxtın bir daha uzadılacağını söyləyib.

O, "Bəlkə bunu deməməliyəm, amma ürəyimdə “TikTok” üçün bir az isti nöqtə var" deyib.

Yaxşı niyyətlə işləməyə davam etməyə ümid etdiklərini deyən Tramp, Çinin ikitərəfli tariflərdən çox da məmnun olmadığını, tariflərin Çin ilə ABŞ arasında ədalətli və balanslı ticarət üçün zəruri olduğunu anladığını vurğulayıb.

Nigar
“Cebheinfo.az”