Pakistan silahsız qalıb

Pakistan silahsız qalıb

Pakistan Silahlı Qüvvələri artilleriya sursatlarının çatışmazlığı ilə üzləşib.

Bu, döyüş sursatlarının Ukraynaya göndərilməsi ilə bağlıdır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “ANİ” agentliyi məlumat yayıb.

Onların məlumatına görə, Hindistanla münaqişə kəskinləşərsə, Pakistanın mərmi ehtiyatı dörd gün kifayət edəcək.

Həmçinin qeyd edilir ki, Ukrayna ilə son sövdələşmələr və istehsal gücü yetərli olmadığına görə ölkədəki fabriklər ordunu lazımi miqdarda sursatla təmin etməkdə çətinlik çəkir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”