Bu dəfə Damlanın ayaqqabısını lağa qoydular - VİDEO

Bu dəfə Damlanın ayaqqabısını lağa qoydular - VİDEO

Tanınmış müğənni Damla növbəti dəfə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bu dəfə ifaçı geyimi ilə deyil, fərqli tərzdəki ayaqqabısı ilə izləyicilərin diqqətini cəlb edib.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən görüntülər Damlanın yeni klipinin çəkilişləri zamanı lentə alınıb. Klip paytaxtın tarixi məkanlarından biri olan İçərişəhərdə çəkilib. Damlanın çəkiliş üçün seçdiyi obraz, xüsusilə də uzun və qeyri-adi çəkmələri sosial mediada böyük marağa səbəb olub.

Ayaqqabının ifaçıya yeriməkdə çətinlik yaratdığı da diqqətdən yayınmayıb. Görüntülərdə Damlanın addım atmaqda ehtiyat etdiyi və balansını qorumaqda çətinlik çəkdiyi müşahidə olunub. Bu isə izləyicilər arasında birmənalı qarşılanmayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri sənətçinin stilini bəyənmədiklərini açıq şəkildə ifadə ediblər. Onlar geyimlə ayaqqabı arasındakı uyğunsuzluğu tənqid ediblər. Bununla belə, Damlanın cəsarətli imicinə və fərqli tərz ortaya qoymasına dəstək verən pərəstişkarları da az olmayıb.

"Cebheinfo.az"