Sarkisyandan Paşinyana cavab: “Onun uydurduğu "yeni Ermənistan"...”

“Bu biabırçılıqla bağlı mövqeyim necə olmalıdır? Bu mövzuda hər hansı söhbətin qəbuledilməz olduğu aydın deyilmi?”
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan Baş nazir Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qareginə və digər ruhanilərə qarşı mövqeyi barədə danışarkən deyib. O, katolikosu qorumaq məsələsində Patriarxın nəsihətlərinə və onun mövqeyinə əməl edəcəklərini vurğulayıb.
"Səbəb çox güman ki, İsveçrədəki Patriarx Həzrətlərinin çıxışı, həmin hadisə idi, lakin bu, Paşinyanın uydurduğu "yeni Ermənistan" anlayışına tamamilə uyğun gəlir. Yəni, erməni tarixini Ermənistan tarixi ilə əvəz etmək və Erməni Apostol Kilsəsini gözdən salmaq eyni zəncirin halqalarıdır, bunda təəccüblü heç nə yoxdur", - o vurğulayıb.
Xəzər
“Cebheinfo.az”