Samuxda 70 yaşlı qadını inək vurub

Samux rayonunda yaşlı qadını iribuynuzlu heyvan vurub.
APA-nın yerli bürosunun məlumata əsasən, hadisə rayonun Lək kəndində qeydə alınıb. 1955-cı il təvəllüdlü D.İsrəfilovanı həyətində saxladığı iribuynuzlu heyvan qəfildən vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
"Cebheinfo.az"