Egey və Aralıq dənizində ard-arda zəlzələ baş verib

Egey dənizində Yunanıstanın Evriboz (Eğriboz) adasında saat 09:56-da 4.4 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, “Hurriyet”in yaydığı məlumata görə, zəlzələnin episentri Çanaqqalanın Ayvacıq rayonundan 250 kilometr uzaqlıqda yerləşib.
Egey dənizində bu hadisədən əvvəl, saat 07:28-də 3.8 bal gücündə başqa bir zəlzələ qeydə alınıb.
Bundan əlavə, Aralıq dənizində də 3.9 bal gücündə zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Egey dənizində saat 07:28-də 3.8 bal gücündə zəlzələ baş verib.
AFAD-ın verdiyi digər məlumata əsasən, saat 09:56-da Yunanıstanın Evriboz adasında 4.4 bal gücündə zəlzələ qeydə alınıb.
Agentlik həmçinin saat 10:29-da Muğlanın Marmaris rayonunun açıqlarında Aralıq dənizində 3.9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
"Cebheinfo.az"