Məhkəmə Əli Kərimliyə dair qərar qəbul etdi

Məhkəmə Əli Kərimliyə dair qərar qəbul etdi

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Cebheinfo.az” APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, iyunun 10-da Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə AXCP sədri Əli Kərimli barəsində qətimkan tədbirinin müddətlərinin uzadılması barədə qərar verib.

Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılıb.

“Cebheinfo.az”