Natiq Məmmədli: ""Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "Euronews" təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən təlim Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq:
“Bu təlimin jurnalistikamızın inkişafı üçün çox böyük praktiki imkanları olacaq. Müasir jurnalistika trendləri, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri, sosial şəbəkələrin idarə edilməsi ilə bağlı jurnalistlərə məlumatlar aşılanacaq”.
N.Məmmədli həmçinin bildirib ki, beş gün davam edəcək təlim davamlı təşkil olunacaq:
"Bundan sonra da əməkdaşlığın yeni imkanları müzakirə olunacaq".
Qeyd edək ki, iyunun 23-də MEDİA-nın dəstəyi və “Euronews”un iştirakı ilə Azərbaycanda “Euronews Akademiyası” layihəsinə start verilib. Təlimləri “Euronews”un beynəlxalq ekspertləri həyata keçirəcək. Tədbir iyunun 27-dək davam edəcək.
"Cebheinfo.az"