İsrail və Britaniya XİN rəhbərləri İrandakı vəziyyəti müzakirə edib

İsrail və Britaniya XİN rəhbərləri İrandakı vəziyyəti müzakirə edib

İsrailin xarici işlər naziri Gideon Saar Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu müzakirə edib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi yazılı açıqlamada Saarın britaniyalı həmkarı Lammi ilə telefonla danışdığını bildirib.

Qeyd olunub ki, görüşdə ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı son hadisələr, həmçinin İsrailin İrana qarşı irimiqyaslı hücumları və Qəzza zolağında məhbusların vəziyyəti müzakirə edilib.

Saar ABŞ-nin İranın nüvə obyektlərinə gecə hücumunu təqdir etdiyini bildirib və Vaşinqtonun “azad dünyanın lideri kimi çıxış etdiyini” iddia edib.

Saar beynəlxalq ictimaiyyəti "İranı davranışını dəyişməyə məcbur etmək" üçün hərəkətə keçməyə çağırıb.

Gün ərzində İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı olan Lammi ölkəsinin ABŞ-nin hücumunda hər hansı rolu və ya əməkdaşlığı olduğunu təkzib edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə hava zərbələri endiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"