Nura Suri: “Nə qədər alçaq olduğunu görəcəksiniz”

Nura Suri: “Nə qədər alçaq olduğunu görəcəksiniz”

“İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. O, fikrini belə əsaslandırıb: 

“Məsələn, biri sizə yalan danışanda, doğrunu bildiyiniz halda inanırmış kimi davranın. Hər danışdıqlarını, bəhanə və yalanlarını bir kənara toplayın və onlara zaman verin. Yalan danışan insanların bəhanələri çox olur və bu bəhanələrdən onların nə qədər alçaq olduğunu görə biləcəksiniz.

Heç vaxt belə insanlara baş qoşmayın; onların səviyyəsinə enib nəsə sübut etməyə çalışmayın. Ancaq ara-sıra onlara dediklərini xatırladın və tamaşanı seyr edin”. Sənətçi qeyd edib ki, bəzən inanmadığınızı biruzə verin və şou başlasın: 

“Əsəbləşdikdə, sizə əvvəllər yaltaqlanan, özünü mələk kimi göstərən adamın zibil dolu fikirləri ağızlarından tökülməyə başlayacaq. İnsanları ciddiyə almayın, etibar etməyin və özünüzü onlardan qoruyun. İçinizdəki mərhəməti heyvanlara yönəldin. Heyvanlar daha sadiq, daha vəfalı və daha dəyərbiləndir”. 

Aslan 
“Cebheinfo.az