Ərdoğan: "Buna icazə verməyəcəyik"

“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.
“Qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik”- Türkiyə prezidenti bəyan edib.
Qeyd edək ki, bazar günü Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.
"Cebheinfo.az"