Prezident İlham Əliyev Yevlaxa səfər edib - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Yevlaxa səfər edib - YENİLƏNİB - FOTOLAR

Xəbər verdiyimiz kmi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

“Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.

Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

Prezident İlham Əliyev “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

11:22

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

“Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Cebheinfo.az"