Ben Qurion hava limanında təxliyə elan edilib

Ben Qurion hava limanında təxliyə elan edilib

İsrailin "El Al" aviaşirkəti İranın hücumlara cavab verməsi ehtimalı səbəbindən Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanından sərnişin təyyarələrini təxliyə etməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail hava limanları idarəsinin sözçüsü Lisa Drir bildirib ki, “El Al” aviaşirkəti Ben Qurion hava limanından sərnişin təyyarələrini təxliyə etməyə başlayıb.

Lisa Drir “El Al” aviaşirkəti sərnişin təyyarələrinin xaricə təxliyə edildiyini söyləyib, lakin onların hansı ölkəyə aparıldığı barədə məlumat verməyib.

Xatırladaq ki, İsrail səhər saatlarında 200-dən çox təyyarə ilə İrana hava hücumu təşkil edib.

Hücumlardan sonra İsrail ordusu İranın hücumlara cavab olaraq İsrailə qarşı 100-dən çox pilotsuz uçuş aparatı (PUA) yönləndirdiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"