Tramp Putinin İranla bağlı vasitəçilik təklifini RƏDD EDİB

Tramp Putinin İranla bağlı vasitəçilik təklifini RƏDD EDİB

ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünən axşam rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında telefon danışığı əsnasında gedən müzakirələri şərh edib:

“Putinə dedim ki, birinci Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək, sonra İran ətrafındakı vəziyyətə baxarıq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən İran və İsrail arasındakı mümkün danışıqlara Rusiyanın ev sahibliyi etməsi məsələsini gündəmə gətirmişdi.

"Cebheinfo.az"