Cəlilabadda 21 yaşlı gənc itkin düşüb

Cəlilabad rayon sakini itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Əlisa Hüseynağa oğlu dünən evdən çıxıb, geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"Cebheinfo.az"