Özgür Özel Muharrem İnceni CHP-yə dəvət etdi

CHP sədri Özgür Özəl Vətən Partiyasının sədri Məhərrəm İncə ilə görüşüb və onu CHP-yə dəvət edib.
“Cebheinfo.az” xəbər verir ki, Özəl görüşdən sonra bununla bağlı açıqlama verib.
"Hər kəsi ata ocağına dəvət edirik. Görüş zamanı İncə və Vətən Partiyasındakı dostlarımızı ata evinə dəvət etmək haqqında bir-iki cümlə də dedim. Millət vəkili olaraq gəldiyim ilk gündən Məhərrəm İncə ilə hər zaman qarşılıqlı hörmət çərçivəsində münasibətimiz olub.
Bildirim ki, bu gün siyasi partiyaya edilən dəvət və ya çağırış, partiyanın kimliyinə xələl gətirməməlidir. Mən də cənab İnce və Vətən Partiyasındakı dostlarımızı ata evinə dəvət etdim. Bundan sonrakı qərar məhz onların öz seçimidir”, - deyə Özgür Özəl bildirib.
İnce isə Özəlin təklifinə özünəməxsusu bir şəkildə cavab verib:
"Hakimiyyətin CHP-yə qarşı təzyiq etdiyi çətin günlərdən keçirik. Bu çətin mərhələdə şəxsi ambisiyalarımızı deyil, ortaq xeyiri düşünməliyik. Belə bir zamanda inciklikləri, küskünlükləri bir kənara qoyaraq birlik və həmrəyliyi ön plana çıxarmalıyıq. Yaxın günlərdə partiyamızın aidiyyəti strukturları ilə toplantı keçirəcəyəm və onların fikirlərini dinləyəcəyəm. Ardınca ən qısa müddətdə cənab sədr Özgür Özel ilə yenidən görüşəcəyəm”.
Əfsanə
“Cebheinfo.az”