KİV: Tehranda yenidən partlayışlar baş verib

İran paytaxtının bəzi şərq ərazilərində partlayış səsləri eşidilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “NourNews” agentliyi xəbər verib.
Agentlik ehtimal olunan hadisə yerində qalxan tüstünün fotosunu dərc edib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib, zərbələrin bir sıra obyektlərdən yan keçmədiyini etiraf edib.
"Cebheinfo.az"