Dövlət Xidməti büdcəyə ödəmələri artırıb

Dövlət Xidməti büdcəyə ödəmələri artırıb

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 % çox - 86,6 milyon manat vəsait köçürüb.

"Cebheinfo.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 5 aylıq ödənişin 68,6 milyon manatı özəlləşdirmə, 18 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,9 % və 18,4 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 18 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən 5 ayda 1 752 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 233-ü qeyri-yaşayış, 1 519-u isə torpaq sahələrinə aid olub.

"Cebheinfo.az"