Rusiyada mədən çöküb: Xəsarət alanlar var

Rusiyanın Sverdlovsk vilayətində metal istehsalçısı “Rusal” şirkətinə məxsus boksit mədənində çökmə baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, mədənin divarının çökməsi nəticəsində iki fəhlə xəsarət alıb.
Hadisə 1172 metr dərinlikdə baş verib. "Çeremuxovskaya-Qlubokaya" mədəninin sahibi olan "Rusal"ın törəmə şirkətindən bildirilib ki, hadisə mədən işlərindən birinin divarının uçması zamanı baş verib.
Fəhlələrin tez bir zamanda mədəndən çıxarıldığı bildirilib.
Faktla bağlı prokurorluq araşdırma aparır.
Qeyd edək ki, hadisənin baş verdiyi mədən Rusiyada ikinci, dünyada isə ən dərinlər arasındadır.
"Cebheinfo.az"