Hakimiyyətdən könüllü gedən əmir ÖLDÜ

Hakimiyyətdən könüllü gedən əmir ÖLDÜ

Qətər keçmiş hökmdarı Şeyx Həməd bin Xəlifə Əl-Taninin vəfat etdiyini elan edib.

Qətər Əmirinin Ofisinin məlumatına görə, o, 12 iyul səhəri 74 yaşında vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki,  Şeyx Həməd bin Xəlifə Əl-Taninin hakimiyyəti 1995-ci ildən 2013-cü ilə qədər Qətərə rəhbərlik edib.

Onun hakimiyyəti dövründə ölkə beynəlxalq təsirini əhəmiyyətli dərəcədə artırıb, enerji sektorunu inkişaf etdirib və Fars körfəzi regionunda əsas oyunçuya çevrilib.

2013-cü ildə o, könüllü olaraq hakimiyyəti dördüncü oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Taninə təhvil verib. 

Xəzər
 "Cebheinfo.az"