Kanadada festival zamanı silahlı insident - Ölənlər var

Kanadada festival zamanı silahlı insident - Ölənlər var

Kanadanın Toronto şəhərində keçirilən küçə festivalı zamanı silahlı hücum baş verib.

“Cebheinfo.az” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qanlı hadisədən sonra əraziyə çoxlu sayda polis briqadası cəlb olunub.

Atışmanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

“Cebheinfo.az”