İspaniya Aİ-dən İsrail ilə bağlı görün nə tələb edəcək

İspaniya Aİ-dən İsrail ilə bağlı görün nə tələb edəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında həmkarlarından İsrailə qarşı sanksiyaların tətbiqində cəsarət göstərmələrini istəyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Brüsseldəki görüşdən əvvəl jurnalistlərə açıqlama verən Albares, Aİ həmkarlarından İsrail-Avropa Birliyi Assosiasiya sazişini dərhal dayandırmağı, silah embarqosunu həyata keçirməyi və İsrailə görə məsuliyyət daşıyanlara fərdi sanksiyalar tətbiq etməyi xahiş edəcəyini bildirib.

Nazir iddia edib ki, Aİ Qəzzada soyqırımını davam etdirən İsrailə qarşı sanksiyalar tətbiq etməkdə cəsarətli olmalıdır, əks halda hər şey uğursuz olacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"