Keçmiş birinci xanım: “Yaxşı ki, oğlum yoxdur”

Keçmiş birinci xanım: “Yaxşı ki, oğlum yoxdur”

ABŞ-nin keçmiş birinci xanım Mişel Obama zarafatla "oğlum olmadığına sevindim" deyib və bunu belə izah edib:

“O, ikinci Barak Obama olardı”.

“Cebheinfo.az” xəbər verir ki, IMO podkastında Mişel Obama  radio aparıcısı Angie Martinez və onun qardaşı Kreyq Robinsonla danışıb. Mövzu müasir dünyada oğlanların yetişdirilməsinin çətinlikləri olub. 

Mişel proqramda gülümsəyərək, "Oğlum olmadığına görə çox şadam. O, şübhəsiz ki, ikinci Barak Obama olardı",-deyib.  

Daha sonra söhbətdə Obama oğlan uşaqlarının tərbiyəsi mövzusunda danışıb:

"Deyirlər ki, analar qızlarını böyüdürlər, ancaq oğullarını sadəcə sevirlər. Mən inanıram ki, sevmək vacibdir, amma onları böyütmək də lazımdır

Oğlanlara güclü olmağı öyrədin, həm də evlilikdə necə ünsiyyət qurmağı, diqqətli ata, qayğıkeş qonşu və fəal vətəndaş olmağı başa düşməyi öyrədin. Yalnız özlərini düşünməsinlər".

Mişelin fikrincə, əgər siz uşağı vacib qərarlar verən gələcək yetkin şəxs kimi qəbul edirsinizsə, o zaman tərbiyəyə yanaşma daha şüurlu olur.

Xəzər
“Cebheinfo.az”