Göyçayda iki maşın toqquşub: Xəsarət alanlar var - FOTOLAR

Göyçayda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hüngütlü kənd ərazisində, Ucar yolunda qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil “Pejo” markalı avtomobillə toqquşub.
Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda ərazidə maşınların sıxlığı müşahidə olunur və yol müvəqqəti olaraq bağlanıb.
"Cebheinfo.az"