Yəmən husilərinin lideri də ÖLDÜRÜLDÜ?

Yəmən husilərinin lideri də ÖLDÜRÜLDÜ?

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, yəmənli husilərin liderlərindən biri, general-mayor Məhəmməd Əbdül Kərim əl-Qəmari İsrailin Sənada yüksək səviyyəli hərbi toplantının keçirildiyi mərkəzə hücumu nəticəsində sağ qalıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tasnim” yazır.

Londonda nəşr olunan ərəbdilli “Əl-Arabi al-Jadeed” qəzeti şənbə günü axşam saatlarında Sənanın cənub-qərbindəki Hadda bölgəsində güclü partlayışın baş verdiyini bildirib. Partlayış İsrailin Yəmənin yüksək rütbəli hərbi rəhbərlərini məhv etmək məqsədi daşıyan hava hücumu nəticəsində baş verib.

Bildirilir ki, zərbə endirilən vaxt general-mayor əl-Qəmari və digər yüksək rütbəli komandirlər Qəzzada strateji cavabı müzakirə edirdilər.

Partlayışdan sonra təhlükəsizlik qüvvələri dərhal ərazini mühasirəyə alıb və hadisə yerinə təcili yardım maşınları gəlib.

Yəmən Silahlı Qüvvələri və “Ənsar Allah” tərəfindən Qəmərinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

O, Yəmənin İsrailə qarşı hərbi müqavimətində əsas fiqur hesab olunur.

“Cebheinfo.az”