Netanyahunun İranla bağlı PLANI

"İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumdan sonra ABŞ-ni münaqişəyə cəlb etmək istəyir".
“Cebheinfo.az” xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris “YouTube” kanalının efirində deyib.
“Birləşmiş Ştatlar gec-tez İran və İsrail arasındakı münaqişəyə cəlb olunacaq, Netanyahunun əvvəldən axtardığı budur”, - hərbi analitik bildirib.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor xəbərdarlıq etmişdi ki, İranla müharibə ABŞ-ni III Dünya müharibəsinə cəlb edə bilər.
Bu arada İran vasitəçilər vasitəsilə ABŞ-yə müraciət edərək İsrailə təsir göstərmək və bu ölkəyə zərbələrini dayandırmaq istəyib. Səudiyyə Ərəbistanı da atəşi dayandırmaq üçün səy göstərir.
Xəzər
“Cebheinfo.az”