Pezeşkian İsraili “sərt cavab”la HƏDƏLƏDİ

İran Prezidenti Məsud Pezeşkian İraqın Baş naziri Məhəmməd Şaya əl-Sudani ilə telefon danışığı zamanı bildirib ki, İsrail hücumu davam etdirərsə,daha ağrılı cavab tədbirləri gözləməlidir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr” yazır.
"Biz müharibəyə başlamamışıq, lakin ona qətiyyətlə cavab vermişik. Bu cür təcavüzkar hərəkətlər təkrarlanarsa, təcavüzkarları daha ağrılı və sarsıdıcı cavab tədbirləri gözləyir", - İran Prezidenti bildirib.
Pezeşkian əlavə edib:
“Həqiqətən sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə sionist rejimin təcavüzü ilə mübarizə yolunu tutmalıdır.
İraq hökuməti daha ayıq olmalı və ölkə ərazisindən İran İslam Respublikasına qarşı istifadənin qarşısını almaq üçün öz sərhədlərinin və hava məkanının qorunmasını təmin etməlidir”.
Xəzər
“Cebheinfo.az”